İdman

Fabiano Karuana: "Karlsen də olsaydı heç nə edə bilməzdi" - FOTO

18 Aprel 2015 20:16
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda İtaliya təmsilçisi Fabiano Karuana qara fiqurlarla İngiltərə şahmatçısı Maykl Adamsla heç-heçə oynayıb.

Trend-in məlumatına görə, Adams partiyanı belə şərh edib: "Fərqli gedişlər etmək istədim. Sadəcə alınmadı. Heç-heçə ədalətli nəticə oldu. Karuana təzyiq etmək istəsə də, partiya heç-heçəyə gedirdi".

Fabiano Karuana da həmkarının dedikləriylə razılaşıb. Bir müddət düşündüyünü deyən Karuana vəziyyətdən çıxış yolu tapmadığını deyib: "Müəyyən gedişlər etmək istədim. Lakin partiyada heç-heçəyə gedirdi. 10 dəqiqəyə yaxın düşündüm amma lazımi gedişi tapa bilmədim. Heç-heçəy erkən razılaşmağımla bağlı fikirlərlə razı deyiləm. Belə partiyada Maqnus Karlsen də olsa heç nə edə bilməzdi".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.