İdman

Mourinyo: "Yurgen özü şəxsən mənə deyib"

18 Aprel 2015 15:57
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo mövsümün sonunda "Borussiya"dan ayrılacaq Yurgen Klopp haqda danışıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Kloppun yeni mövsümdən "Çelsi"ni çalışdıracağı ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Klopp haqda onu deyə bilərəm ki, "Çelsi"ni çalışdırmayacaq. Bu barədə özü şəxsən mənə deyib. Ona görə də rahatam", - deyə Mourinyo bildirib.

Qeyd edək ki, mövsümün sonunda Dortmund təmsilçisindən ayrılacaq Kloppun hansı klubu çalışdıracağı hələlik məlum deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.