İdman

Futbolçular Bossla vidalaşdılar - "Sağ ol, Kloppo!" - FOTO

18 Aprel 2015 11:57
1 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən bir xəbər bütün Avropanın idman mətbuatını silkələdi. Dortmunddan gələn bu xəbər Yurgen Kloppla bağlı idi. Mütəxəssis "Borussiya"dan ayrılmaq qərarına gəldiyini açıqladı. Təkcə Dortmund yox, bütün Almaniya, hətta Avropa bu xəbəri təəssüflə qarşıladı. Səbəbi məlumdur. O, "Sarı-qaralar"ın yenidən nəhəng klublar sırasına qaytıtmasının səbəbkarı idi. Amma qərar artıq verilib. Mövsümün sonunda onun klubla yolları ayrılır. Yetirmələri isə indidən sosial şəbəkələrdə sevimli baş məşqçilərinə vida statusları yazırlar. Hazırda Kloppun ünvanına minlərlə təşəkkür mesajı gəlir.

Milli.Az publika.az-a istinadən futbolçuların təşəkkür statuslarını təqdim edir.
 

Nuri Şahin: "Çox təəssüf edirəm. Uşaqlıq arzularımın reallaşmasında əməyi keçən böyük insan və istedadlı məşqçi mövsümün sonunda bizi tərk edəcək. Sizinlə və sizin məşqçi heyətilə keçirdiyim müddət ərzində futbol aləmində sayılıb-seçilən insan oldum. Sizdən çox şey öyrəndim. Yalnız bircə söz deyə bilərəm: Sağ ol, müəllim!"
  

Mats Hummels: "Gözəl illər oldu. Əminəm ki, "Borussiya" üçün elədiklərinə görə ona sonsuz minnətdarlıq düşür. Onunla layiq olduğu şəkildə sağollaşmaq hamımızın borcudur".
  

Yakub Blaşikovski: "Birlikdə keçirdiyimiz 7 ilə görə çox sag ol, baş məşqçi!"
  

Patrik Obameyanq: "Sağ ol, Kloppo!"
  

Marko Roys: "Təşəkkürlər, Boss. Sizinlə keçirdiyim unudulmaz üç il ərzində çox şey öyrəndim. Pis günümdə də, yaxşı günümdə də dəstəyinizi hiss etdim. Dərin minnətdarlığımı bildirirəm".
  

İlkay Gündoğan: "Səninlə keçirdiyim 4 ilə görə sağ ol, Kloppo! Bu illəri heç zaman unutmayacam".
  

Kevin Qrosskroyts: "6 il birlikdə olduq. Sizsiz, bəlkə də, mən indi olduğum yerdə olmazdım".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.