İdman

Şəhriyar Məmmədyarov: "Üstünlük var idi, amma..."

18 Aprel 2015 11:00
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan və İtaliya şahmatçıları heç-heçə oynadılar.

Trend-in məlumatına görə, mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2015" turnirində İtaliya təmsilçisi Fabiano Karuana ilə heç-heçə oynayan Şəhriyar Məmmədyarov partiyada qələbə üçün irəliləməyin mümkün olmadığını bildirib: "Bu partiyada qələbə görünmürdü. Üstünlük var idi, amma üstünlük qələbə demək deyil. Gedişlərdə qələbə üçün mümkünlük hiss olunmadı. Sona qədər bir fil fiquru artıq qaldı. Lakin rəqib səhvə yol vermədi. Karuana çox ustalıqla müdafiə olundu".

Fabiano Karuana isə Şəhriyar Məmmədyarovun onu təəccübləndirmədiyini dedi. Onun sözlərinə görə, məğlubiyyət barədə heç düşünməyib: "Şəhriyar yaxşı gedişlər etdi. Lakin üstünlüyü artırmadı. Çox az səhvim oldu. Bəzi gedişləri etsəydim, nəticə fərqli olacaqdı. Müəyyən gedişləri təhlil etsəm də, başqa çıxış yolu yox idi. Uğur qazanmaq istəyirdim. Fikrimcə, startda yarım xal pis deyil".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.