İdman

Çingiz Abdullayev: "Bizim məqsədimiz odur ki..."

1 Aprel 2015 21:44
2 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sədr: "Komandanı toparlamağa çalışacağıq"
Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Bakı" (2:0) matçından sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev öz fikirlərini bölüşüb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Neftçi"də hələ vəzifə bölgüsü olmayıb.

"Yaxın günlərdə bir toplantı keçirərək hər bir üzvün vəzifəsi müəyyən olunacaq. Bizim məqsədimiz odur ki, komandanı toparlaya bilək və məzmunlu oyun sərgiləməklə azarkeşləri yenidən stadionlara qaytaraq",- deyə Abdullayev bildirib.

Dünən rəhbər dəyişikliyinə gedən "Neftçi" autsayder "Bakı"nı qəbul edib. Hesabı 42-ci dəqiqədə Nikolas Kanales açıb. 65-ci dəqiqədə isə Julius Vobay fərqlənib. Bununla da "Neftçi" 2:0 hesablı qələbə qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.