İdman

Messi niyə ehtiyatda qaldı?

1 Aprel 2015 14:28
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin futbolçusu Lionel Messi zədə səbəbindən daha bir oyun buraxıb.
 

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Barselona"nın 27 yaşlı hücumçusu Salvadorla matçdan sonra Ekvadora qarşı yoxlama görüşündə də iştirak etməyib. Ehtiyat oyunçular skamyasında əyləşən L.Messiyə komandanın baş məşqçisi Xerardo Martino şans verməyib.

Oyundan sonra X.Martino L.Messinin durumu ilə bağlı danışıb:
 

"Messi sağ ayağında ağrılar hiss edir. Buna görə də o, oynaya bilmədi. Messi ancaq rahat ayaqqabılarla gəzə bilir. Onun qısa zamanda sağalacağını düşünürəm".
 

Sağ ayağında iltihab yaranan Messi "Barselona"nın düşərgəsinə qayıtdıqdan sonra qısamüddətlik müalicə alacaq. Onun İspaniya La Liqasında "Selta"ya qarşı matça qədər hazır olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.