İdman

Yığmamızın üzvü: ""Real"la oyunda qələbə qazanmağa çalışacağıq"

1 Aprel 2015 13:56
1 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əslində bu, çox xoş idi. Azərbaycanda məni yaxşı qarşıladılar. İnsanların münasibəti gözəl idi. Mənim üçün yaxşı təcrübə oldu".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  bu sözləri "Avro-2016"nın seçmə mərhələsində Malta ilə oyunda (2:0) Azərbaycan millisində debüt edən Eddi İsrafilov deyib.
 

İspaniya mətbuatına danışan "Qranada" klubunun üzvü daha öncə müəyyən problemlər səbəbindən Azərbaycan yığmasında oynaya bilmədiyini söyləyib: ""Mursiya"da çıxış etdiyim dönəmdə Azərbaycan millisindən dəvət almışdım. Ancaq həmin vaxt klubu tərk edə bilmədim. Komandamın turnir cədvəlindəki mövqeyinin bunda rolu oldu".
 

"Qranada"nın son oyunlarında iştirak etməməsinə də toxunan E.İsrafilov deyib: "Futbolda belə hallar olur. Mən məşqlərimi davam etdirməliyəm. Baş məşqçi ehtiyac duyarsa, komandama kömək etməyə hazıram".
 

İspaniya La Liqasının 29-cu turunda bu həftə səfərdə qarşılaşacaqları "Real"la oyun haqda danışan millimizin futbolçusu Madridə qələbə üçün gedəcəklərini bildirib:
 

"Növbəti həftələrdə bizi La Liqada "Selta Viqo" və "Almeriya" ilə vacib oyunlar gözləyir. Hər iki komanda "Qranada" ilə eyni səviyyəli klubdur. Həmin oyunlarda qələbə qazanmağa çalışacağıq. Ancaq "Real" güclü rəqibdir. Buna baxmayaraq Madridə də qələbə qazanmaq üçün gedəcəyik. Səfərdə xal qazanmaq yaxşı, qalib gəlmək isə möhtəşəm olar. Bunun üçün sonadək mübarizə aparacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.