İdman

"Azərbaycanı pis təmsil etməmişik"

1 Aprel 2015 13:08
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu oyunun nəticəsi bizim elit-raund haqqında müsbət fikirlərimizə təsir etməyəcək. Məşqçilər heyəti ilə rəqiblərimizin oyununu analiz edərkən Danimarkanın güclü komanda olduğunu qeyd etmişdim. Məncə, qrupumuzda yer alan yığmalar arasında komanda şəklində ən güclü məhz Danimarka millisi idi".

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Nikolay Adam Avropa çempionatının elit-raundunda uduzduqları Danimarka ilə oyun (0:3) haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis komandasında olan itkilərin nəticəyə təsir etdiyini bildirib: "Oyundan əvvəl bilirdik ki, bu qarşılaşma heç də asan olmayacaq. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Ancaq qalib gəlsək belə, heç nə dəyişməyəcəkdi. Heyətdəki itkilər də nəticəyə təsir etdi. İlyas Səfərzadə cəzalı, Fəhmin Muradbəyli və Renat Ağaverdiyev isə zədə səbəbindən oynamırdılar.

Bunlar və Danimarkanın da güclü olması böyükhesablı məğlubiyyətlə nəticələndi. Onu da qeyd edim ki, qapıçımız Tolqa Şahinin fantastik oyunu hər üç oyunda hesabın daha böyük olmasına imkan vermədi. Biz 19 yaşadək futbolçular arasında 28 ən yaxşı komanda arasına düşdük. Hesab edirəm ki, Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.