İdman

Braziliya millisinin futbolçusu rəsmən "Real"da

1 Aprel 2015 10:47
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" mövsüm başa çatmamış daha bir futbolçunu transfer edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" "Porto"nun müdafiəçisi Danilonu heyətinə qatıb.
  

23 yaşlı sağ cinah müdafiəçinin keçidi ispanlara 31,5 milyon avroya başa gəlib. Braziliya millisinin üzvü özü isə yeni komandası ilə 6 illik müqavilə imzalayıb. Artıq hər iki klub bu transferi rəsmən bəyan edib.
  

Qeyd edək ki, Danilo Luis da Silva bu mövsüm Portuqaliya çempionatında 23 oyun keçirib, 3 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.