İdman

UEFA qalmaqallı oyunla bağlı intizam işi açdı

31 Mart 2015 10:11
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA "Avro-2016"nın seçmə mərhələsinin Monteneqro - Rusiya matçında baş verən olaylara görə intizam işi açıb.
 

Qol.Az-ın məlumatına görə, buna həmin oyunun yarımçıq dayandırılması səbəb olub.

Monteneqro tərəfi azarkeşlərinin pirotexniki maddələr yandırmaqda və meydana yad əşyalar atmaqda ittiham olunur. Bununla yanaşı, matçın sonadək oynanılmaması səbəbindən Monteneqroya 0:3 hesablı texniki məğlubiyyət veriləcəyi gözlənilir.
 

Qeyd edək ki, Monteneqro - Rusiya matçının ilk dəqiqəsində yerli fanatlar qonaqların qapıçısı İqor Akinfeyevə fişəng atıblar. Başından xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunsa da, yerli azarkeşlər bu dəfə rusiyalı futbolçu Dmitri Kombarovun başına alışqan atıblar. Bundan sonra futbolçular arasında insident yaranıb və Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də görüş yarımçıq dayandırılıb.
 

Baş verən hadisəyə görə Monteneqro millisinə ciddi cəza veriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.