İdman

Hollandiya İspaniyaya, Türkiyə Lüksemburqa qarşı

31 Mart 2015 09:31
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq görüşləri keçiriləcək.
 

Qol.Az-ın məlumatına görə, günün maraqla gözlənilən oyunu Hollandiyada baş tutacaq.

Burada "narıncılar" son Avropa çempionu İspaniya yığmasını qəbul edəcəklər. "DÇ-2010"un finalında üz-üzə gələn bu komandalar "DÇ-2014"ün qrup mərhələsində də qarşılaşıblar. Finalda rəqibinə 0:1 hesabı ilə uduzan Hollandiya yığması son dünya çempionatının qrup mərhələsində İspaniyanı darmadağın edib - 5:1.
 

Həmin oyunla yanaşı, İsveçrə - ABŞ, İsveç - İran, Avstriya - Bosniya və Herseqovina, Slovakiya - Çexiya və Rusiya - Qazaxıstan oyunları da keçiriləcək.
 

"Avro-2016"nın seçmə mərhələsinin son oyununda səfərdə Hollandiya ilə 1:1 bərabərə qalan Türkiyə yığması yoldaşlıq görüşündə Lüksemburq millisi ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
  

31 mart

Beynəlxalq yoldaşlıq görüşləri


15:00. Çin - Tunis

15:25. Yaponiya - Özbəkistan

16:00. Cənubi Koreya - Yeni Zelandiya

21:00. Estoniya - İslandiya

21:00. İsveçrə - ABŞ


22:00. Rusiya - Qazaxıstan

22:30. İsveç - İran

23:00. Ukrayna - Latviya

23:15. Lüksemburq - Türkiyə


23:30. Avstriya - Bosniya və Herseqovina

23:30. Slovakiya - Çexiya

23:45. Hollandiya - İspaniya

00:45. Portuqaliya - Kabo-Verde

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.