İdman

Şahmat cempionati yekunlaşdı - FOTO

30 Mart 2015 18:48
0 Şərh     Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran şəhər Şahmat Məktəbinin yetirmələri ənənəvi olaraq təşkil olunan Azərbaycan çempionatının final mərhələsində çıxışılarını başa vurublar. Bu turnirdə məktəbin 5 iti zəka sahibi mübarizə aparıb

Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, mart ayının 14-dən 25-ə kimi Respublika şahmat klubunda ənənəvi olaraq oğlanlar və qızlar arasında keçirilən Azərbaycan çempionatının final mərhələsi lənkəranlı şahmatçıların növbəti uğuru kimi məktəbin tarixinə yazılıb. Respublikanın müxtəlif şəhər və rayonundan 130-a yaxın idmançının iştirak etdiyi son mərhələyə komandanın 4 yaş qrupu üzrə 3 oğlan və 2 qız zəka sahibi vəsiqə qazanıb.

Dəfələrlə bölgələrdə keçirilən yarışların qalibi olan, eyni zamanda beynəlxalq turnirlərdə müxtəlif nailiyyətlər qazanan Nəzrin Mirzəzadə ölkəmiqyaslı yarşda ilk dəfə iştirak edib.

Qeyd edək ki, lənkəranlı şahmatçılar respublika çempionatının final mərhələsinə yanvar ayında Şəmkirdə keçirilmilş zona yarışından vəsiqə qazanmışdılar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.