İdman

Çingiz Abdullayev "Neftçi"nin prezidenti oldu? - YENİLƏNİB

30 Mart 2015 18:59
3 Şərh     Baxış: 7 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çingiz Abdullayevin "Neftçi" futbol klubuna gətirilməsi məsələsi həqiqətə uyğundur"


18:59
 

Milli.Az xəbr verir ki, bunu aznews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyib.
 

Onun sözlərinə görə, xalq yazıçısı Çingiz Abdullayevin "Neftçi"nin rəhbərliyinə gətirilməsi məsələsi çoxdan müzakirə olunur: "Amma qərarını gözləmək lazımdır. Rəsmi qərar açıqlanandan sonra qəti fikir deyiləcək.

Bu gün ölkə mediasında bu haqda xəbəri hər kəs öz bildiyi kimi yazıb. Sabah saat 17:00-da seçkilər keçiriləcək. Namizədlərdən biri də Çingiz Abdullayevdir. Təbii ki, səs versələr, Çingiz Abdullayev "Neftçi" klubunun rəhbəri olacaq".


----------
17:29

"Sadıq Sadıqovun "Neftçi" klubunun prezidenti postundan istefa verməsi haqda klubda heç bir rəsmi məlumat yoxdur"

Bunu virtualaz.org saytına açıqlamasında "Neftçi" futbol klubu mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
 

G.Abbaszadə tanınmış yazıçı Çingiz Abdullayevin klubun prezidenti postuna gətirilməsi barədə yayılan xəbərlərə də münasibət bildirib.
 

"Çingiz Abdullayevin "Neftçi"nin rəhbərliyinə gətirilməsi haqda da kluba heç bir rəsmi məlumat daxil olmayıb. Biz də bu məlumatları mətbuatdan izləyirik. Yenə deyirəm, bizə - kluba bu barədə hər hansı rəsmi məlumat daxil olmayıb", - deyə klub rəsmisi dedi.


---------
15:42

"Neftçi" klubunun bu gün istefa verən prezidenti Sadıq Sadıqovun yerinə şok təyinat edilib

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.
 
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qafqazinfo-ya açıqlamasında Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunmasını təsdiqləyib. O bildirib ki, yayılan məlumat doğrudur.
 

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən "Neftçi"nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi" üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.