İdman

"Neftçi"də prezident dəyişiliyi ilə bağlı məlumata AYDINLIQ - YENİLƏNİB

30 Mart 2015 17:46
0 Şərh     Baxış: 2 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:46

Sadıq Sadıqovun "Neftçi" idman klubunun prezidenti vəzifəsindən istefasından söhbət gedə bilməz. Bunu Trend-ə "Neftçi"nin baş sponsoru olan SOCAR-ın mətbuat xidmətindən deyiblər.
 

Mətbuat xidmətindən bildiriblər ki, S.Sadıqov "Neftçi" idman klubunun rəhbəri, eyni zamanda, "Neftçi" peşəkar futbol klubunun prezidentidir. "Neftçi" PFK-nın "Neftçi" idman klubunun tərkibinə verilməsi ilə əlaqədar bir sıra struktur və nizamnamə dəyişiklikləri gözlənilir və bu barədə daha sonra məlumat veriləcək.
 

Daha əvvəl S.Sadıqovun "Neftçi"nin prezidenti vəzifəsindən istefası və yazıçı Çingiz Abdullayevin bu vəzifəyə təyin edilməsi barədə məlumat yayılmışdı.


----------
14:54

Bu gün "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov istefa verib.

Milli.Az qol.az-a istinadən məlumat verir ki, yaxın vaxtlarda istefanın səbəbləri haqda S.Sadıqovun özünün açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən "Neftçi"nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi" üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.