İdman

"Van Qaal əclafdır!"

30 Mart 2015 15:00
0 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın sabiq futbolçusu Xristo Stoiçkov "Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal haqda sərt fikirlər səsləndirib.
 

Qol.Az-ın məlumatına görə, "L'Equipe" qəzetinə danışan Stoiçkov 1998-ci ildə şərəfini qoruduğu "Barselona"dan getməsində van Qaalı günahlandırıb:
 

"Van Qaala hörmətim yoxdur. O, əclafdır. Zədəli olduğum bir gündə həyat yoldaşımla "Kamp Nou" stadionunda idim. Həmin vaxt Lui van Qaal bizə yaxınlaşdı və həyat yoldaşımdan soruşdu ki, "belə bir adamla niyə evlənmisiniz?" Həyat yoldaşım da "o, "Qızıl top"u qazanıb" cavabını verdi. 1998-ci ildə "Barselona"dan getməyimin günahkarı van Qaaldır".
 

Xatırladaq ki, Stoiçkov 1997-1998-ci illərdə məhz van Qaalın rəhbərliyi altında "Barselona"da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.