İdman

Sxadadze: "Futbolçular qol vuracaqlarına sanki inanmırlar"

30 Mart 2015 14:05
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2016-nın təsnifat mərhələsində Almaniyanı qəbul edən Gürcüstan millisi 2 cavabsız qolla uduzub. Goal.az xəbər verir ki, matçdan sonra baş məşqçi Kaxaber Sxadadze komandasının qol vurmaqda qətiyyət göstərmədiyini vurğulayıb.
 

"İlk hissədə 2 dəyişiklik etməli olduq. Aleksandr Amisulaşvili oyunun əvvəlində ciddi zədə aldı. Tornike Okriaşvili fasilədə etiraf etdi ki, oyuna davam edə bilməyəcək. Bu, bir sıra problemlər yaratdı. Amma əsas məsələ komandanın top saxlaya bilməməsi idi. İkinci hissədə primitiv hücumlar təşkil etməyə çalışdıq. Uşaqlara minnətdaram. Hücumları məntiqi sonluqla tamamlamaqda problemlərimiz var. Futbolçular qol vuracaqlarına sanki inanmırlar. Bu psixoloji məsələ üzərində işləmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.