İdman

Futbolumuzda ölü siçan BİABIRÇILIĞI: "Yaxşı ki, deməyiblər, içindən fil çıxıb, ya da dinozavr" - YENİLƏNİB

30 Mart 2015 13:10
0 Şərh     Baxış: 3 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:10

Ölkənin köklü klublarından olan Gəncənin "Kəpəz" komandasının başı qalmaqallardan ayılmaq bilmir ki, bilmir. Digər problemlər azmış kimi, futbolçuların yeməyinin içindən ölmüş siçan çıxması məsələsi isə gündəmə bomba kimi düşdü.

Milli.Az-a danışan "Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev bildirdi ki, siçan-filan boş söhbətdir sadəcə: "Özünüz düşünün də, uşaq deyilsiz ki... Siçan hara, yemək hara? Aşpaz o qədər kordur ki, siçan qazanın içinə girir, hələ üstəlik, onu boşqaba qoyur?! Bunların hamısı cəfəngiyyatdır. Yaxşı ki, deməyiblər, içindən fil çıxıb, ya da dinozavr. Buna bişmiş toyuğun belə gülməyi gələr".

Daha sonra Mehman Allahverdiyev bu məsələ üzündən klubdan ayrıldığı deyilən futbolçular haqqında da danışdı: "4 yox, 3 futbolçu tərk edib bazanı. Onlar da inanmıram, bu məsələ üzündən gediblər. Çox güman, başqa klublarla anlaşıblar deyə bəhanə kimi bunu uydurublar. Bu futbolçuların maaşlarını da qaldırmışdım bir müddət əvvəl. Allah üzümüzə baxıb ki, 1-ci, 2-ci yerdə getmir klub, yoxsa başımıza çıxardılar bunlar".

-----------
12:02

Ötən gün Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb.
  

Milli.Az xəbər verir ki, sportal.az-a daxil olan məlumata görə, "Kəpəz" futbolçuları gözlənilməz hadisə ilə üzləşiblər. Belə ki, komandanın bazasında qalan futbolçular bazanın yeməkxanasında biabırçı halla üzləşiblər.
  

Futbolçuların birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğunu öyrənsək də, digər 3-nün adı məlum deyil.

Məlumatda klubun bazasında qalan futbolçular üçün heç bir şərait olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.

Niyaməddin Şirinov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.