İdman

"Bu əhval-ruhiyyə ilə bizə qalib gəlmək çətin olacaq"

30 Mart 2015 12:08
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2016-nın təsnifat mərhələsində Serbiyanı məğlub edən Portuqaliya millisi I qrupunda liderliyi ələ keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Portuqaliyanın baş məşqçisi Fernandu Santuş qələbəni belə şərh edib:
 

"İstəmirdik ki, rəqib bizə öz oyununu diqtə etsin. Öz futbol fəlsəfəmizə sadiq qalmalı idik. Serbiya millisinə hörmət edirik. Komandam bu gün əzmkar oyun göstərdi. Ronaldunun necə mübarizə apardığını və meydanın hər nöqtəsində yoldaşlarına kömək etdiyini gördük. Bu nəticə qarşıdakı oyunlarda komandanın özünəinamını artıracaq. İstəmirəm ki, futbolçular Avropa çempionatına vəsiqəni təmin etdiklərini düşünsünlər. Bu qələbə sayəsində taleyimiz yenə də öz əlimizdədir. Qarşıda 3-ü səfərdə, 1-i evdə olmaqla 4 oyun var. Bu əhval-ruhiyyə ilə bizə qalib gəlmək çətin olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.