İdman

Tarixi qolun müəllifi... polis çıxdı

30 Mart 2015 11:54
0 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Şotlandiya ilə qarşılaşan Cəbəlüttariq yığması əlamətdar hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, "cırtdan ölkə" 1:6 hesabı ilə uduzsa da, seçmə mərhələ oyunlarında ilk qoluna imza atıb.
  

Matçın 20-ci dəqiqəsində fərqlənən Li Kasyaronun qolu Cəbəlüttariq üçün tarixi olub. Yeri gəlmişkən, qolun müəllifi, 33 yaşlı hücumçunun əsl peşəsi polisdir. RGP-də (Royal Cəbəlüttariq Polisi) çalışan Kasyaro peşəkar futbolçu karyerasına 25 yaşında başlayıb.
  

Qeyd edək ki, D qrupunun sonuncusu olan Cəbəlüttariq yığması keçirdiyi 5 oyunun hamısında məğlubiyyətlə üzləşib. Devid Uilsonun başçılıq etdiyi komanda vurduğu 1 qolun müqabilində qapısından 27 top buraxıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.