İdman

Taekvondoçumuz Avropa çempionatında 2-ci oldu

29 Mart 2015 19:57
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25-29 martda Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində ilk dəfə Olimpiya çəki dərəcələrində Avropa çempionatı keçirilib.
 

Trend Azərbaycan Taekvondo Federasiyasına istinadən məlumat verir ki, yarışda ölkəmizi 4 çəki dərəcəsində 7 taekvondoçu təmsil edib. Baş məşqçisi Rza Mehmandust Sumaehsarayinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə çempionata qatılan idmançılarımızdan Radik İsayev (+80 kq) qızıl medal uğrunda həlledici döyüşdə Rusiya təmsilçisi Vladislav Larinə məğlub olaraq gümüş medala layiq görülüb.
 

Qeyd edək ki, reytinq xarakterli "G1" kateqoriyalı Avropa çempionatında I, II və III yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3.6 xal toplayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.