İdman

"Bədbəxtlikdən, fişəng ona tərəf getdi"

29 Mart 2015 13:08
0 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Monteneqro - Rusiya matçında xuliqanlıq edən azarkeş üzə çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşmanın əvvəllərində rusiyalı qapıçı İqor Akinfeyevə fişənglə xəsarət yetirən yerli fanat polisə təslim olub.
 

Monteneqro polisinin təqsirkar Luka Lazareviçi axtardığı bir vaxtda o, gözlənilməz addım atıb. Belə ki, adıçəkilən azarkeş özü polis bölməsinə gedərək təslim olub. Onun barəsində cinayət işi açılıb. Lazareviç bu hərəkətinə görə peşman olduğunu bildirib: "Bu hərəkətimə görə rəqibin qapıçısından, Monteneqro millisindən və xalqından üzr istəyirəm. Qapıçıya xətər yetirmək niyyətim yox idi. Bədbəxtlikdən, fişəng ona tərəf getdi".
  

Qeyd edək ki, Monteneqro - Rusiya görüşünün start fitindən dərhal sonra qapı arxası tribunadan atılan fişəng qonaq komandanın qolkiperi İqor Akinfeyevin başına tuş gəlmişdi. Bu da qarşılaşmanın bir neçə dəqiqə dayandırılmasına səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.