İdman

Ronaldu üçün inanılmaz təklif

28 Mart 2015 18:11
0 Şərh     Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qırmızı şeytanlar"ın fanatları hərəkətə keçdi

"Mançester Yunayted"in Kriştianu Ronaldunu geri qaytarmaq istəyi bitib-tükənmir.

Anspress-in məlumatına görə, "Daily Efxpress" qəzeti portuqaliyalı ulduzun transferi ilə yeni iddia ilə çıхış edib.

İngiltərə qəzetinin iddiasına görə, "qırmızı şeytanlar" bu transfer üçün "Real"a 110 milyon avro ödəməyə hazırdır. "Mançester Yunayted" futbolçunun özünə də illik 20 milyon avro təklif etmək niyyətindədir.

Portuqaliyalı ulduzu transfer etmək istəyən "qırmızı şeytanlar"ın fanatları da Ronaldunu geri qaytarmaq üçün kampaniyaya start veriblər.

Portuqaliyalı ulduzu transfer etmək istəyən klub 100 milyon sterlinq ödəməlidir. Çünki bu, futbolçunun müqaviləsində əsas maddədir. Həmin səbəbə görə ingilis azarkeşlər xüsusi www.BringRonaldohome.org internet səhifəsi hazırlayıblar.

Məhz bu səbəbdən başlanılan kampaniyada azarkeşlərin əsas məqsədi 10 milyon "Mançester Yunayted" fanatının hər birindən 10 funt-sterlinq yığmaqdır. Əgər bu sayda insan nəzərdə tutulan məbləği ödəsə, onda 100 milyon funt sterlinq yığılmış olacaq və Ronaldunun müqaviləsində olan həmin maddə asanlıqla aradan qalxacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.