İdman

"Baş məşqçi qələbə qazanacağımıza inanır"

28 Mart 2015 16:05
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayevin azerisport.az-a müsahibəsini təqdim edir.

- Robert Prosineçki Malta ilə seçmə mərhələ oyunu üçün start heyətini açıqlayıb və qapını Kamran Ağayev qoruyacaq. Məyus deyilsiniz?

- Milli komandanın heyətində oyuna çıxmaq hər bir futbolçu üçün xoşdur. Artıq 20 yaşım var və hələ də heç bir beynəlxalq oyun təcrübəm yoxdur. Baş məşqçinin bu qərarına hörmətlə yanaşıram.

- Sizin yığmaya çağırılmağınız da Səlahət Ağayevin xəstələnməsi nəticəsində alındı...

- Bəli, elə alındı. Mən gənclərdən ibarət yığmamızın toplanışında idim. Əsas yığmaya çağırıldığıma görə, bura gələsi oldum.

- Malta ilə oyundan nə gözləyirsiniz?

- Məşq prosesi çox yaxşı keçdi. Komandada atmosfer çox yaxşıdır, kollektiv qələbəyə köklənib. Prosineçki də görülən işdən razıdır və qələbə qazanacağımıza inanır. Novruz bayramından sonra xalqımıza daha bir sevinc bəxş etməyimizi istərdim.

- Sizcə, Kamran Ağayev qol buraxmasa, qələbə bizim ola bilər?

- Futbol kollektiv oyunudur. Burada hər şey bir və ya iki nəfərdən asılı deyil. Əgər hər kəs öz mövqeyində yaxşı oynasa, qələbə də bizim olacaq.

- Bundesliqada oyun təcrübəsi qazana bilmirsiniz...

- Hər həftə Bundesliqadakı oyunumuzdan sonra az oynayan və ya ümumiyyətlə meydana çıxmayan futbolçularımız üçün yoxlama görüşləri təşkil olunur. Ona görə də oyun təcrübəmin olmadığını deməzdim.

- Almaniyanın "Bild" nəşrinin iddiasına görə, siz növbəti mövsümdən Franfkurt klubunun əsas qapıçısı ola bilərsiniz....

- Məndə olan məlumata görə, ikinci qapıçımız Feliks Vidvald komandanı tərk edəcək. Amma komandanın əsas qapıçısı və kapitanı Kevin Trappdır. Məşqlərdə özümü ən yaxşı tərəfdən göstərməyə çalışıram. Amma kimin oynayacağına baş məşqçi qərar verir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.