İdman

"3 xal milli komandamızın olacaq"

28 Mart 2015 15:57
0 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Veteran futbolçu Aslan Kərimov milli komandamızın Malta ilə seçmə mərhələ oyunu öncəsi fikirlərini açıqlayıb. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, o, bunları söyləyib:

"Bu oyundan gözləntim böyükdür. Qələbə qazanacağımızı düşünürəm. Mənə elə gəlir ki, yığmamız hazırda yaxşı vəziyyətdədir. 3 xal bizim olacaq. Maltalıların Bakıda tam olaraq müdafiə olunacağını düşünmürəm. Onlar da bizimlə oyuna 3 xal qazanmaq gözü ilə baxırlar. Axı Azərbaycan İtaliya və ya Xorvatiya deyil. Onlar da xoşbəxtliyi hücumda axtaracaqlar. Biz də belə olan halda öz qollarımızı vura bilərik. Gürcüstanla yoxlama oyununda Malta o qədər də yaxşı təsir bağışlamadı. Onlar elə də güclü görünmürdülər. Buna görə mütləq 3 xal qazanmalıyıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.