İdman

Güləşçilərimiz Avropada 3 medal qazandılar

28 Mart 2015 10:46
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparırlar.

Azərbaycan Güləş Federasiyasından APA-ya verilən xəbərə görə, çempionatın dördüncü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.

53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finalda başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz bolqarıstanlı həmkarı ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb və U-23 Avropa çempionatının bürünc medalına sahib olub.

63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşib. Polşa idmançısına heç bir şans verməyən Elmira Avropa çempionatını üçüncü sırada tamamlayıb və bürünc medal qazanıb.

Qeyd edək ki, qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.