İdman

Millimiz Maltaya qarşı

28 Mart 2015 10:25
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçiriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Malta ilə qarşılaşacaq.

Qrupda 4 oyun keçirən yığmamızın aktivində, hələ ki, xal yoxdur. Əvvəlki 4 görüşdə meydanı məğlub tərk edən komandamız ilk qələbəsinə sevinə bilər. Bu uğursuzluğun 3-ü Berti Foqtsun, 1-i isə Mahmud Qurbanovun başçılığı altında olub.

"Cırtdan" ölkə təmsilçisi ilə görüş xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün də əlamətdar olacaq ki, təcrürbəli çalışdırıcı bu postda millimizi ilk oyuna çıxaraq. Düzdü, xorvat mütəxəssis komandamızla Antalyadakı təlim-məşq toplanışında Ukrayna "Şaxtyor"u ilə matçda debüt edib. Lakin bu görüş yoxlama xarakteri daşıdığından rəsmi status daşımır.

Qarşılaşma saat 21:00-da başlayacaq. Oyunu türkiyəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Halis Özkahya olacaq. Onun köməkçiləri isə Cem SatmanƏkrəm Kandı.

Qeyd edək ki, 10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tututlar. Norveç yığması 9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 1 xalı olan Malta sonuncu olan Azərbaycandan 1 pillə irəlidədi.

AVRO-2016-nın seçmə mərhələsi, V tur

H qrupu

28 mart

21:00. Azərbaycan - Malta

Baş hakim: Halis Özkahya

Hakim köməkçiləri: Cem Satman, Ekrem Kan

Dördüncü hakim: Kemal Yılmaz

Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa (hamısı Türkiyə)

Hakim-inspektor: Covanni Bolognino (İtaliya)

UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1.

Xorvatiya

4
3
1
0
10:1
10
2.

İtalyiya

4
3
1
0
6:2
10
3.

Norveç

4
3
0
1
6:3
9
4.

Bolqarıstan

4
1
1
2
4:5
4
5.

Malta

4
0
1
3
1:7
1
6.

Azərbaycan

4
0
0
4
2:11
0

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.