İdman

AVRO 2016-nın qrup mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR - FOTOSESSİYA

28 Mart 2015 09:22
0 Şərh     Baxış: 1 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa çempionatının seçmə mərhələsində 2015-ci ilin ilk oyunları start götürüb.

Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək V turda öncə C, E və G qrupunun matçları baş tutub.

C qrupunun lideri Slovakiya millisi autsayder Lüksemburq yığması ilə üz-üzə gəlib və rəqibini 3:0 hesabı ilə məğlub edib. 2-3-cü yerləri bölüşən İspaniya Ukraynanı sınağa çəkib. 28-ci dəqiqədə Alvaro Moratanın vurduğu tək qol Visente del Boskenin yetirmələrinə 3 xal qazandırıb.

E qrupunun vahid lideri İngiltərə Litva ilə münasibətlərinə aydınlıq gətirib. Böyük Britaniya təmsilçiləri 4:0 hesabı ilə rəqibini üstələyib. İsveçrə Estoniyanı 2:0, Sloveniya San-Marinonu 6:0 hesabı ilə məyus edib.

G qrupunda isə eyni xala malik Rusiya ilə Monteneqro qarşılaşıb. 66-cı dəqiqədə futbolçular arasında toqquşma nəticəsində oyun yarımçıq dayandırılıb.

Lixtenşteynin qonağı olan lider Avstriya darmadağına sevinib - 0:4. Son pillədə yer alan Moldova İsveçi qəbul edib. Skandinaviya təmsilçisi Zlatan İbrahimoviçin dublu sayəsində səfərdən 3 xalla qayıdıb.

Qqeyd edək ki, Azərbaycan millisinin yer aldığı H qrupunun matçları bu gün keçiriləcək. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığmasını sınağa çəkəcək.

AVRO-2016-nın seçmə mərhələsi, V tur

C qrupu

İspaniya - Ukrayna - 1:0

Slovakiya - Lüksemburq - 3:0

Makedoniya - Belarus - 1:2

E qrupu

İngiltərə - Litva - 4:0

İsveçrə - Estoniya - 3:0

Sloveniya - San-Marino - 6:0

G qrupu

Monteneqro - Rusiya - 0:0 (Yarımçıq dayandırıldı)

Lixtenşteyn - Avstriya - 0:5

Moldova - İsveç - 0:2

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.