İdman

Foqtsun yeni iş yeri

27 Mart 2015 10:57
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin sabiq baş məşqçisi Berti Foqtsun yeni iş yeri müəyyənləşib.
 

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, alman mütəxəssis bundan sonra Almaniya millisində işləyəcək. O, millidə texniki məsləhətçi vəzifəsində çalışacaq.
 

B.Foqts Avropada oynayan amerikalı futbolçuları izləyəcək və gənc futbolçular axtaracaq.

Qeyd edək ki, B.Foqts "DÇ-2014"ün seçmə mərhələsində ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanın müşaviri olub.
 

Xatırladaq ki, 2008-ci ildən millimizi çalışdıran B.Foqts ötən il oktyabrın 17-də istefa verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.