İdman

Fransa Braziliyaya uduzdu, İran qalib gəldi - FOTO - VİDEO

27 Mart 2015 09:52
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün milli komandalar arasında yoxlama oyunları davam edir.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, gecənin maraqla gözlənilən qarşılaşması Fransada olub.

Bu ölkənin milli komandası Braziliya millisi ilə qarşılaşıb. Parisdəki "Stad de Frans" stadionunda keçirilən oyunda braziliyalılar qələbə qazanıblar. Fasiləyə 1:1 hesabı ilə yollanan Dunqanın komandası ikinci hissədə daha iki qol vuraraq görüşdən qalib ayrılıb - 3:1.

Digər oyunlarda Qətər Əlcəzairi 1:0 hesabı ilə məğlub edib. Fil Dişi Sahili Anqolaya, İran isə Çiliyə 2:0 hesabı ilə qalib gəlib. Kolumbiya millisi Bəhreyni 6 cavabsız qolla darmadağın edib - 6:0.

Xatırladaq ki, bu stadionda 1998-ci ildə Fransa Braziliyaya 3:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

26 mart

Beynəlxalq yoldaşlıq oyunları

19:30. İordaniya - Suriya - 0:1
Qol:
Masri, 18 (0:1)

20:00. Qətər - Əlcəzair - 1:0
Qol:
Baqer, 32 (1:0)

21:00. Bəhreyn - Kolumbiya - 0:6
Qollar:
Bakka, 14 (0:1), Falkao, 32, 36 (0:3), Ramos, 59 (0:4), Mojika, 79 (0:5), Renteria, 82 (0:6)

21:00. Fil Dişi Sahili - Anqola - 2:0
Qollar:
Viera, 24 (1:0), Kalu, 89-pen (2:0)

23:00. İran - Çili - 2:0
Qollar:
Nekounam, 21 (1:0), Amiri, 50 (2:0)

00:00. Fransa - Braziliya - 1:3
Qollar:
Varan, 21 (1:0), Oskar, 40 (1:1), Neymar, 57 (1:2), Qustavo, 69 (1:3)

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 



Videonu izləmək üçün şəkilə klikləyin.

фото

фото

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.