İdman

Bədii gimnastika üzrə Azərbaycan millisi bürünc medal qazandı

5 Mart 2015 19:30
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın ikinci komandası Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında bədii gimnastika üzrə çoxnövçülüyün qrup yarışlarında bürünc medal qazanıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, "Azərbaycan-2" komandasını təmsil edən gimnastlar 30.150 bal toplayıblar.

Aktivində 35.266 bal olan Rusiya birinci, Fransa isə 31.183 balla ikinci olub. Azərbaycanın birinci komandası 30.149 balla dördüncü yerdə qərarlaşıb.

Akrobatika üzrə qarışıq cütlüklərin yarışında birlikdə çıxış edən azərbaycanlı gimnastlar Ulyana Dyakova Anatoli Leonov isə kombinasiyalı tapşırıqların yekunu üzrə finalda üçüncü olublar. U.Dyakov və A.Leonov 24.652 bal toplayıblar. Qızıl medalları 26.193 balla Bolqarıstan təmsilçiləri tutublar. 26.016 bal yığmış almaniyalı cütlük ikinci yerlə kifayətlənib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.