İdman

"Barselona"da ciddi itki

5 Mart 2015 16:39
1 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" ciddi itki ilə üzləşib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünən İspaniya kubokunun yarımfinalında "Vilyareal"a qarşı matçda zədələnən Serxio Busketsin 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
 

Bu isə o deməkdir ki, 26 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında "Mançester Siti", İspaniya La Liqasında "Real"a qarşı oyunları buraxmalı olacaq.
 

Qeyd edək ki, "Vilyareal" - "Barselona" görüşü ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Xatırladaq ki, S.Buskets sözügedən qarşılaşmanın 39-cu dəqiqəsində rəqiblə toqquşma zamanı ayaq biləyi burxulub və o, meydanı xərəklə tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.