İdman

"Gimnastika, ilk növbədə, sağlamlığın təminatçısıdır"

5 Mart 2015 15:30
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Çox sevinirəm ki, ölkəmizdə bu cür müasir Milli Gimnastika Arenası var və biz hər dəfə burada keçirilən yarışları izləmək imkanı əldə edirik".

Bu barədə Trend-ə martın 4-6-da Bakıda Milli Gimnastika Arenasında keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına tamaşa etməyə gəlmiş gimnastika həvəskarı Səmayə Məmmədova deyib.

S.Məmmədova qeyd edib ki, gimnastika onun ən çox sevdiyi idman növüdür: "Bizim gənclik dövrümüzdə hər şey indiki kimi asan deyildi, gimnastika ilə məşğul olmaq üçün belə əlverişli şərait yox idi. Mən də gimnastika ilə məşğul olmaq istəmişəm, amma təəssüflər olsun ki, istəyimə çata bilmədim. İndiki uşaqlarımız xoşbəxtdirlər ki, onlar üçün ölkədə belə şərait var. Buna görə hər birimiz dövlətimizə, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdar olmalıyıq".

O bildirib ki, gimnastika, ilk növbədə, sağlamlığın təminatçısıdır: "Gimnastika insanı bir çox xəstəliklərdən qoruyur. Gənclər, hələ ki, bunu dərk etmir, amma bizim kimi yaşlı insanlar bunu daha yaxşı bilirlər. Mənim vaxtilə gimnastika ilə məşğul olmaq imkanım olsaydı, bu gün özümü daha sağlam və gümrah hiss edərdim. Baxın, ölkəmizdə hər yerdə müasir idman zalları tikilərək istifadəyə verilib, hər cür şərait yaradılıb. Gənclərimiz bu imkanı düzgün qiymətləndirməli, asudə vaxtlarında gimnastika və idman növləri ilə məşğul olmalıdır".

S.Məmmədova idmançılarımızın yarışlarda iştirakını da yüksək dəyərləndirib: "Açığını deyim, idmançılarımız gözləmədiyim nəticələr əldə edib. Artıq bir neçə qızı medal qazanıblar. İnanıram ki, yarışın sonuna qədər medalların sayı daha da artacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.