İdman

Azərbaycan gimnastları batutda tullanma yarışının təsnifatında ikinci yer tutublar

5 Mart 2015 15:00
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanlı gimnastlar Oleq PiunovSəbinə Zaytseva Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında batutda tullanma üzrə fərdi yarışların təsnifatında ikinci yeri tutublar.

Trend-in məlumatına görə, bununla da hər iki idmançı yarışların finalında medallar uğrunda mübarizə aparacaq.

O.Piunovdan başqa, finalda iştirak etmək hüququnu Ruslan Ağamirov Dmitri Fedorovski əldə ediblər. Azərbaycan təmsilçisi Svetlana Makştarova hesabdan kənar çıxış edib.

Kişilər arasında batutda sinxron tullanmada Azərbaycanın iki komandası finalda çıxış etmək hüququ əldə edib. İlya Qrişanin-Oleq Piunov cütlüyü dördüncü, Ağamirov-Fedorovski cütlüyü isə beşinci yerdən finala vəsiqə qazanıblar.

Batutda sinxron tullanmada S.Zaytseva və S.Makştarova müsabiqədən kənar çıxış ediblər.

Azərbaycan komandası aerobika üzrə qrup yarışlarında təsnifatda üçüncü yer tutub və sabah medallar uğrunda mübarizə aparacaq.

Cütlüklər arasında yarışda ikinci yeri tutmuş Azərbaycanın Yekaterina Kotlyarova-Teymur Ələkbərov cütlüyü qızıl medala iddia edəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.