İdman

Fərid Qayıbov: "I Avropa Oyunlarında medallar uğrunda mübarizə aparacağıq"

5 Mart 2015 14:30
Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Dünən idman gimnastikasında ilk iki yeri bizim idmançılarımız Oleq Stepko və Kristina Pravdina qazandılar. Mən onların çıxışından çox razıyam". Bunu Trend-ə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Azərbaycan idmançılarının martın 4-6-da Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında iştirakına münasibət bildirərkən deyib.

F.Qayıbov xüsusilə O.Stepkonun çıxışından razı qaldığını diqqətə çatdırıb: "O, çox yaxşı formadadır. Hesab edirəm ki, I Avropa Oyunları üçün də ideal formada olmalıdır. Çünki bunun üçün hər cür şərait yaradılıb. Dünən qazandığı xallar onu göstərir ki, I Avropa Oyunlarında medallar uğrunda mübarizə apara biləcək".

Qadın idman gimnastikasına gəlincə isə, baş katib daha uğurlu nəticələr gözlədiyini bildirib: "Baxmayaraq ki, idmançımız Kristina Pravdina qızıl medal qazandı, digər idmançılarımızdan da mən çox şey gözləyirdim. Bu, o deməkdir ki, işləmək lazımdır".

F.Qayıbov qeyd edib ki, yarışdan sonra bu məsələlər yenidən müzakirə ediləcək: "Biz yenidən hər şeyi müzakirə edəcəyik və I Avropa Oyunlarına, eyni zamanda, digər çempionatlara necə hazırlaşmaq lazım olduğunu yenidən nəzərdən keçirəcəyik. Bu yarışmada 22 ölkədən nümayəndələr gəlib, bir sıra güclü idmançılar var. İdmançılarımızın çıxışları isə bizə ümid verir ki, I Avropa Oyunlarında medallar uğrunda mübarizə apara biləcəyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.