İdman

Kriştianu Ronaldu bunu da edirmiş

5 Mart 2015 13:27
2 Şərh     Baxış: 2 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu medianı və fanatlarını heyrətləndirməyə davam edir.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 2013-cü ilin dekabrında Madriddəki Mum Heykəllər Muzeyində K.Ronaldunun heykəli qoyulub. İndisə bəlli olur ki, Ronaldu hər ay şəxsi bərbərini muzeyə yollayır, bərbər də futbolçunun heykəlinin saçını qaydaya salır.
 

"Heykəlimin saçının yaxşı və səliqəli görünməsini istəyirəm", - Ronaldu deyib.
 

Muzeyin mətbuat xidmətinin rəhbəri Qonsalo Persa "Cadena Ser" radiostansiyasına verdiyi açıqlamada olayı təsdiqləyib: "Kriştianu Ronaldunun heykəlinin saçı süni və ya parik deyil. O saç Hindistandan gətirilib, tamamilə təbiidir".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.