İdman

Azərbaycan Kuboku: Bombardirlərin siyahısı dəyişdi

5 Mart 2015 11:19
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Kubokunun bombardirləri siyahısında dəyişiklik olub
Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin ilk oyunlarından sonra cədvəldəki üçhakimiyyətliliyə son qoyulub.
 
Belə ki, 1/8 final mərhələsindən sonra hərəyə 2 qol vuran 3 oyunçu - Röyal Nəcəfov (MOİK), Bəxtiyar Soltanov ("Qəbələ") və Draqan Çeran ("Simurq") lider idisə, artıq sonuncu şəriklərindən uzaqlaşıb. "Qəbələ" ilə səfər matçında (3:0) dubla imza atan serbiyalı 4 qolla kubokun vahid bombardiridir.
 
Onun ən yaxın izləyicilərinin hesabında isə 2 qol var. Lakin artıq belələrinin də sayı artıb. Məsələ ondadır ki, Soltanovla Nəcəfova daha iki oyunçu qoşulub. Bunlar "Qarabağ"ın üzvləri Reynaldo və Vüqar Nadirovdur. Braziliyalı dublla, millimizin üzvü isə ardıcıl ikinci oyunda qol vurması sayəsində 2-yə çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.