İdman

Oleq Stepko: "Azərbaycanda gimnastların I Avropa Oyunlarında uğurlu çıxışı üçün bütün zəruri şərait var"

4 Mart 2015 18:48
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda gimnastların I Avropa Oyunlarında uğurlu çıxışı üçün bütün zəruri şərait yaradılıb". Bunu Trend-ə Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında çoxnövçülükdə qızıl medal qazanmış gimnastımız Oleq Stepko deyib.
 

Onun sözlərinə görə, çempionata hazırlıq əvvəlcədən başlayıb: "Mən çıxış proqramımı mürəkkəbləşdirdim və demək olar ki, tamamilə yeni proqramı icra etdim. Çempionata tez və böyük yüklənmə şəraitində hazırlaşmağa məcbur oldum. Belə nəticə əldə etmək üçün belə yüklənmələri artırmalı oldum".
 

O.Stepko qeyd edib ki, Azərbaycana çempionatda iştirak etmək üçün bir çox məşhur idmançı gəlib: "Hazırda idman gimnastikasında yeni nəsil yetişir. Rəqabət də artır. İdmançılarımız çalışdılar. Onlara afərin. Lakin yekunda daha güclü oldum. Proqramın digər növlərində də medallar uğrunda mübarizə aparacağam. Fikrimcə, çoxnövçülüyün yekunlarına əsasən proqramın digər növlərində də iştirak edəcəyəm, medallar uğrunda mübarizə aparacağam".
 

Gimnast əlavə edib ki, yekun nəticələr açıqlandıqdan sonra qalib olduğunu anlayıb: "Adətən, toplanmış balları gördükdən sonra qalib olduğunu düşünürsən, çünki hər şey baş verə bilər. Şəxsi təcrübəmdən bilirəm ki, bəzən üçüncü yerə görə sevinəndə 15 dəqiqə sonra 4-cü yerdə olursan. Heç vaxt əlləri aşağı salmaq olmaz və hətta bir dəfə yıxılmaq bizim idmanda heç nəyi həll etmir".
 

Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq başlayıb: "Oyunlara hazırlıq artıq başlayıb və cari çempionat bu Oyunlara doğru ilk addımdır. Bu çempionatdan sonra bizi gimnastika üzrə Avropa çempionatı, iki həftədən sonra isə Dünya Kuboku gözləyir. Bu, I Avropa Oyunlarına hazırlaşmaq və iştirak etmək üçün zəruri olan yarış və startların ən sıx dövrü olacaq. Üstəlik, Azərbaycanda bunun üçün bütün zəruri şərait yaradılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.