İdman

Filipp Silaçi: "Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib"

4 Mart 2015 15:04
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Avropa Oyunları ərəfəsində sınaq xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib".

Bunu Trend-ə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin KİV-lərlə iş üzrə meneceri Filipp Silaçi deyib.

O bildirib: "Biz burada evimizdəki kimiyik. Gimnastika üçün hər şey düşünülüb və nəzərdə tutulub. KİV-lər üçün iş və məşqlər üçün şərait optimaldır".

F.Silaçi qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının dünya çempionatları, dünya kubokları, Avropa çempionatlarının təşkilində böyük təcrübəsi var: "Federasiyanın baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının vitse-prezidentidir, buna görə də o, beynəlxalq səviyyəli təcrübəyə malikdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.