İdman

"Xaricdə belə Milli Gimnastika Arenası kimi gözəl arena yoxdur"

4 Mart 2015 14:18
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Milli Gimnastika Arenasında keçirilən hər bir yarışa gəlib tamaşa edirik və çox bəyənirik". Bunu Trend-ə martın 4-6-da Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Şəhla Mənsimova deyib.

Hər iki azyaşlı övladının gimnastika ilə məşğul olduğunu bildirən Ş.Mənsimova qeyd edib ki, hər dəfə bu cür yarışlara tamaşa edəndən sonra övladlarının gimnastikaya marağı daha da artır: "Mən bir ana kimi Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevaya çox təşəkkür edirəm, çünki Mehriban xanım gimnastikanın inkişafı üçün gözəl şərait yaradıb".

Bir neçə il xaricdə yaşadığını deyən azarkeş qeyd edib ki, Azərbaycanda gimnastikanın inkişafı üçün yaradılan şərait xarici ölkələrdə belə yoxdur: "Xüsusilə də yeni Milli Gimnastika Arenası çox möhtəşəmdir. Heç mən xaricdə də belə gözəl arena görməmişəm. Ona görə də bütün xalqımız cənab Prezident İlham Əliyevi də, Mehriban xanımı da sevir. Bu gün Azərbaycanın hər yerində böyük idman kompleksləri tikilib və tikilməkdə davam edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.