İdman

Danilo "Real"a keçməyə razıdır

4 Mart 2015 13:11
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Porto"nun braziliyalı müdafiəçisi Danilo "Ral Madrid"ə keçməyə razılıq verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçunun agenti ilə "Kral klubu"nun nümayəndələri arasında baş tutan danışıqlar uğurla yekunlaşıb. İndi Madrid təmsilçisi "Porto" ilə transfer qiymətini razılaşdırmalıdır. "Porto" Danilonun buraxılış qiymətini 50 milyon avro müəyyənləşdirib.
 

Qeyd edək ki, Danilo ilə "Barcelona" klubu da maraqlanırdı. Amma katalon klubu 2016-cı ilin qışına kimi yeni futbolçuları transfer edə bilməz. Danilonun "Barcelona"nın təklifinə mənfi cavab verməsində bu amilin rolu da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.