Almaniya Kubokunda 1/8 final mərhələsinə start verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
"Bayer" öz meydanında "Kayzerslautern"ə qalib gəlib - 2:0.
"Hoffenhaym" səfərdə "Aalen"i üstələyib - 2:0.
Dortmund "Borussiya"sı səfərdə "Drezden"dən üstün olub - 2:0.
"Frayburq" doğma meydanda "Köln"ü 2:1 hesabı ilə məğlub edərək adını 1/4 finala yazdırıb.
3 mart
Almaniya Kuboku, 1/8 final
"Bayer" - "Kayzerslautern" - 2:0
Qollar: Çalhanoğlu, 102, Kisslinq, 113
"Aalen" - "Hoffenhaym" - 0:2
Qollar: Polanski, 16; Folland, 56
"Drezden" - "Borussiya" - 0:2
Qollar: İmmobile, 50; 90
"Frayburq" - "Köln" - 2:1
Qollar: Udja, 18-avtoqol (1:0), Darida, 19 (2:0), Deyverson Brum, 89 (2:1)
Milli.Az