İdman

Sərbəst güləşçilərimiz Minskdə Medved mükafatı qazanmağa çalışacaqlar

2 Mart 2015 12:31
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 6-7-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran-Pri turniri keçiriləcək.
 

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə Azərbaycanın yığma komandasının üzvləri də iştirak edəcəklər.
 

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 10 güləşçimiz turnirə yollanacaq. Əhmədnəbi Qvarzatilov, Ruslan Məmmədov (hər ikis 61 kq), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov (70 kq), Cəbrayıl Həsənov, Kənan Əliyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 97 kq) və Əli Maqomedabirov (125 kq) yarışda qüvvəsini sınayacaq.
 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.