İdman

Zabit Səmədovdan daha bir qələbə

1 Mart 2015 10:19
0 Şərh     Baxış: 2 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı K-1 döyüşçüsü özündən ağır idmançını məğlub etdi

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşünü keçirib.

Anspress-in məlumatına görə, ötən il kariyerasında uğurlu çıxışlar edən 31 yaşlı idmançımız bu il də eyni ardıcıllığı davam etdirmək niyyətindədir.

Keçirdiyi 81 döyüşün 71-ni qalibiyyətlə başa vuran "mauqli" ləqəbli Zabit Səmədov fevralın 28-də türk idmançısı Mert Akinə qarşı mübarizə aparıb. Gecənin əsas döyüşü hesab edilən qarşılaşma Sinan Ərdəm döyüş arenasında keçirilib.

Qarşılaşmanın ilk raundu olduqca hərəkətli başlayıb. Hər iki idmançının qazanmaq üçün əlindən gələni etmək istəyi hiss olunurdu. İkinci raund birinci ilə müqayisədə zəif davam etdi. Matçın taleyini həll edən üçüncü raundda nakaut gözlənilsə də, bu raund da zəif keçdi. Sonda hakimlərin ortaq qərarı ilə Zabit Səmədov vurduğu zərbələr hesabına gecənin qalibi oldu.

Qeyd edək ki, azərbaycanlı professional idmançısı Zabit Səmədov keçirdiyi 81 döyüşdə qazanadığı 71 qalibiyyətindən 35-də rəqiblərini nokaut edib. Bir dəfə heç-heçəyə qalıb, 9 dəfə isə məğlub olub. Onun rəqibi Mert Akın isə 5 görüş keçirib, onlardan 4-ü nokaut olmaqla, hər yarışı qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.