İdman

Robert Prosineçkinin planı alınmadı

28 Fevral 2015 17:31
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin planı təxirə düşüb. Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Mikayıl Nərimanoğlu məlumat verib.
 
Belə ki, yığmanın təlim-məşq toplanışından sonra Türkiyədə qalan Prosineçki bu gün millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka"nın XXII tur çərçivəsində "Orduspor"la oyununu canlı izləməyi planlaşdırsa da, bu, baş tutmayacaq. Nərimanoğlunun sözlərinə görə, xorvatiyalı mütəxəssisin səhhətində problem yaranıb və bu səbəbdən stadiona yollana bilməyəcək.
 
Qeyd edək ki, Prosineçki 1 gün öncə "Boluspor" - "Bucaspor" görüşünü də izləyib. Həmin matçda Bolu təmsilçisinin formasını geyinən Vaqif Cavadov cəmi 6 dəqiqə meydanda olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.