İdman

Amerikalı ulduz: "Onu sevməsəydim, Bakıya gəlməzdim"

28 Fevral 2015 15:59
0 Şərh     Baxış: 3 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Voleybolçu olmasaydım, müəllim olmaq istəyərdim. Karyeramı bitirdikdən sonra da bu işlə məşğul ola bilərəm". Apasport.az saytının məlumatına görə, bunu "Lokomotiv"in voleybolçusu Karli Lloyd deyib.
 
26 yaşlı ulduz Azərbaycana gəlişi və ölkəmiz haqda danışıb. Səbirli olmayan və daima bu zəif cəhətinin üzərində çalışdığını deyən Lloyd bildirib ki, əvvəl çıxış etdiyi klublarla müqayisədə "Lokomotiv"də daha rahatdır: "İndiyədək çıxış etdiyim komandalarla müqayisədə bura fərqlidir. "Lokomotiv"də klub prezidenti ilə çox vaxt keçiririk. O, bizə çox yaxındır. Əvvəllər mən bu qədər dəstək almırdım. Prezidentimiz cavandır, lakin oyuna çox ehtiraslı münasibət nümayiş etdirir və bizə kömək etməyə də çalışır. Bu, əladır. Bakıda isə məni hər şey qane edir. Burada bu qədər fəvvarə və işıqlar görməyi heç gözləməzdim". 
 
Amerikalı legioner "Lokomotiv"in ən yaxşısı olmaq arzusundadır: "Mən çox ehtiraslı bir insanam. Voleybolu sevməsəydim, Bakıya gəlməzdim. Çünki bura mənim evimdən və ailəmdən çox uzaqdır. Klubun ən yaxşı oyunçusu olmaq üçün mən əlimdən gələni edirəm. İnsanlarda isə səmimiyyəti çox yüksək qiymətləndirirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.