İdman

Kapitan: ""Qəbələ" ilə oyunda problem yaşayacağıq"

28 Fevral 2015 14:38
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bilirik ki, "Qəbələ" bu oyuna çox ciddi hazırlaşıb. Biz də üzərimizə düşən məsuliyyəti dərk edirik".

Bu sözləri qol.az-a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Premyer Liqamızın 24-cü turunda bu gün "Qəbələ" ilə qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Təcrübəli futbolçu millinin düşərgəsindən yeni qayıtmalarını xatırladaraq bugünkü oyunda müəyyən problem yaşayacaqlarını bildirib: "Vaxtımız az oldu. Oyun baxımından bir az problem yaşayacağıq. Çünki əsas heyətin altı üzvü millilərin düşərgəsində idi. Özü də hamısı yerlilərdir. Çalışacağıq ki, əzmkarlıq sayəsində bu problemləri büruzə verməyək".
 
R.Sadıqov komanda yoldaşlarının son oyunlarda arxayınlaşması fikri ilə razı olmadığını bildirib: ""Neftçi" ilə oyun göstərdi ki, "Qarabağ"ın futbolçuları hər görüşə məsuliyyətlə yanaşırlar. Düzdür, ondan əvvəlki matçlarda oyun baxımından problemimiz var idi. Mən özüm də demişdim ki, oyunumuzu tam tuta bilməmişik. Amma "Neftçi"yə qarşı yaxşı oynadıq. Lakin arxayınlaşmamalıyıq. "Qəbələ" ilə görüşdə də eyni əzmkarlıq olmalıdır ki, ən azından "Neftçi" ilə oyunu təkrarlaya bilək".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.