İdman

"Barselona" Poqbanın meneceri ilə danışıqlara başladı

28 Fevral 2015 11:49
0 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" "Yuventus"un futbolçusu Pol Poqbanın transferi üçün oyunçunun meneceri Mino Railo ilə danışıqlara başlayıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barsa"nın prezidenti Xosep Maria Bartomeu M.Railo ilə klubun binasında görüşüb və transfer şərtlərini müzakirə edib. P.Poqbanın meneceri fransalı futbolçunun təzminat qiymətinin 100 milyon avro olduğunu bildirib.
 

Qeyd edək ki, "Barselona"nın 2016-cı ilə qədər transfer etməsinə qadağa qoyulub. Bu səbəbdən Kataloniya klubu P.Poqbanın meneceri ilə razılığa gəlsə belə, o, cəzanın müddəti başa çatana kimi "Barsa"da oynaya bilməyəcək. İspaniya klubunun P.Poqba ilə rəsmi müqavilə imzaladıqdan sonra 2016-cı ilə qədər onu "Yuventus"da icarə əsasında oynatmağı planlaşdırdığı iddia edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.