İdman

Blatter dünya çempionatından narazıdır

28 Fevral 2015 11:25
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA prezidenti Yozef Blatter 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı narazılığını dilə gətirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, prezident konkret olaraq mundialın təqvimindən narazı olduğunu bildirib.
  

Blatter DÇ-2022-nin təyin edilən tarixdən tez başa çatmalı olduğunu ifadə edib: "2022-ci ildəki dünya çempionatı dekabrın 23-dək davam etməməlidir. Mən bu təqvimdən narazıyam. Çempionat dekabrın 18-dən gec bitməməlidir".
  

Qeyd edək ki, bu yaxınlarda DÇ-2022-nin 26 noyabr - 23 dekabr tarixlərində keçirilməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.