İdman

Beylin taleyinə aydınlıq gəldi

28 Fevral 2015 11:12
0 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real"ın zədəli futbolçuları bir-bir sıraya dönürlər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu"nun azarkeşlərinə növbəti şad xəbər Qaret Beyldən gəlib.

Artıq zədəsini sağaldan uelsli yarımmüdafiəçi kollektivlə birgə məşqlərə qoşulub. Beyl martın 1-də İspaniya La Liqasının XXV turu çərçivəsində "Vilyareal"la qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, "Real"ın digər zədəli futbolçuları Sami Xedira Luka Modriç də artıq kollektiv məşqlərə qoşulublar. Hazırda komandadan ayrı qalan yeganə oyunçu Hames Rodrigesdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.