İdman

Françesko Tottinin prezident seçkilərindəki səslərini sildilər

31 Yanvar 2015 10:44
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada prezident seçkiləri keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, seçkilərdə dövlətin 58 regional vahidini təqdim edən 315 senator və 630 deputat iştirak edir.
  

Ölkədə "Roma"nın kapitanı Françesko Tottini də gələcəyin prezidenti görmək istəyənlər olub. Belə ki, ötən günkü səsvermə nəticəsində, 38 yaşlı futbolçu 5 səs toplayıb. Lakin nümayəndələr palatasının rəhbəri Laura Boldrini bu səsləri ləğv edib. Buna səbəb isə İtaliya qanunvericiliyinə əsasən, ölkə prezidentinin yaşının 50-dən yuxarı olması tələbidir.
  

Qeyd edək ki, ölkənin keçmiş prezidenti Corcio Napolitano sağlamlığı ilə əlaqədar olaraq, tutduğu postu tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.